Təxirə salınmış Formula 1-in biletləri builki yarışlar üçün keçərli olacaq
2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış Formula 1 Azərbaycan Qran Prisi zamanı alınmış biletlər hazırki 2022-ci il Azərbaycan Qran Prisi üçün keçərli olacaq.
Bakı Şəhər Halqasından SİA-ya verilən məlumata görə, builki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb.
"Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.
Tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb ediləcək", - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB