Macarıstanın paytaxtı Budapeştdə fevralın 19-dan 21-dək bədii gimnastika üzrə ənənəvi “Gracia Fair Cup” beynəlxalq turniri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, yarışda ölkəmizi fərdi və qrup hərəkətləri üzrə yığma komandalarımızın üzvləri təmsil edəcəklər. Fərdi növlərdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova mübarizə aparacaqlar.
Böyüklər arasında qrup hərəkətləri üzrə yarışlarda Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəylidən ibarət yığma komandanın ikinci heyəti çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB