Pekin 2022-ci Qış oyunlarında təmsilçimizin finalda sıra nömrəsi bəlli oldu

Pekin 2022-ci Qış oyunlarında təmsilçimizin finalda sıra nömrəsi bəlli oldu

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabovanın Pekin-2022 Qış Olimpiya Oyunlarının sərbəst proqramında buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub. SİA-nın verdiyi məlumata görə, 19 yaşlı idmançı 10-cu sırada məharətini göstərməyə çalışacaq. Yarış fevralın 17-də Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Ryabova qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə