Şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub - FOTOLAR
Naxçıvanda keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub. SİA-nın verdiyi məlumata görə, yarımfinalın hər iki partiyasında Aydın Süleymanlıya qalib gələn Misrətdin İsgəndərov finalda iştirakını təmin edib.
Digər yarımfinalda ümumi hesab bərabərləşib. İlk oyunda Vasif Durarbəyliyə uduzan Məhəmməd Muradlı cavab görüşündə məğlubiyyətin əvəzini çıxıb. Rəqiblər bu gün saat 18-00-dan etibarən ikinci finalçını müəyyən edəcək.
Xatırladaq ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manat təşkil edir. Çempion şahmatçı 8 min manat qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB