17 yaşlı Məhəmməd Salah İtaliyaya transfer oluna bilər

17 yaşlı Məhəmməd Salah İtaliyaya transfer oluna bilər

Danimarkanın “Lyunqbyu” klubunun hücumçusu Məhəmməd Salah İtaliyanin A Seriyası komandalarından “Empoli”nin diqqət mərkəzinə düşüb. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, “Empoli” 17 yaşlı danimarkalı futbolçunu bir həftəlik baxışa dəvət edib.

Salahın “Empoli”nin gənclər komandası ilə məşq edəcəyi və həftəsonu yoxlama görüşündə oynayacağı gözlənilir.

“Liverpul”un məşhur misirli hücumçusu Məhəmməd Salahın adaşı “Brondbü” (Danimarka) akademiyasının məzunudur.

Bütün xəbərlər Facebook səhifəmizdə