Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür - YENİLƏNİR

Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

SİA xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Fransada PSJ və İspaniya "Real Madrid"i üz-üzə gələcək, İngiltərənin "Mançester Siti" klubu isə Portuqaliyada "Sportinq"in qonağı olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

İlk oyunlar

15 fevral

PSJ (Fransa) - "Real Madrid" (İspaniya) 0:0 (1-ci hissə)

Baş hakim: Daniele Orsato (İtaliya)

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) 0:0 (1-ci hissə)

Baş hakim: Srcan Yovanoviç

Bütün xəbərlər Facebook səhifəmizdə