Azərbaycan ilk dəfə Qış Paralimpiadasında təmsil olunacaq

Azərbaycan ilk dəfə Qış Paralimpiadasında təmsil olunacaq

Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə yığmasının üzvü tarixdə ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Mehman Ramazanzadə Pekin-2022 XIII Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında çıxış edəcək. Təmsilçimiz martın 9-da mübarizə aparacaq.

Qeyd edək ki, Qış Paralimpiadası 4-13 mart tarixlərində Çinin paytaxtı Pekində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-də Milli stadionunda baş tutacaq.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня