"Real"a qarşı oynamayacağı dəqiqləşdi

"Real"a qarşı oynamayacağı dəqiqləşdi

PSJ-nin futbolçusu Serxio Ramosun Çempionlar Liqasının 1/8 finalında "Real"la ilk matçda oynamayacağı dəqiqləşib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, ispan müdafiəçi baldırından aldığı zədədən sağalmaqda davam edir. Yaxın vaxtlarda o, fərdi proqram üzrə məşq edəcək. Onun dəqiq bərpa müddəti barədə məlumat verilməyib.

PSJ və "Real" arasında ilk oyun fevralın 15-də Parisdə keçiriləcək. Cavab görüşü martın 9-da Madriddə olacaq.

Qeyd edək ki, Ramos 2005-2021-ci illərdə Madrid təmsilçisində oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə