“Borussiya”dan darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Union Berlin”lə qarşılaşan Dortmund “Borussiya”sı darmadağına sevinib. “Hoffenhaym” isə “Arminiya” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Almaniya Bundesliqası

22-ci tur

11 fevral

Leypsiq – Köln 3:1

Qol: Nkunku, 25. Olmo, 54. Anxelinyo, 57 – Lemperle, 90+1.

12 fevral

Ayntraxt – Volfsburq 0:2

Qol: Kruse, 28-pen. Lukebakio, 90+3.

Bohum – Bayern 4:2

Qol: Adjel, 14. Lokadiya, 38. Qamboa, 40. Holtmann, 44 – Levandovski, 9; 75.

Qroyter – Herta 2:1

Qol: Hrqota, 1; 71 – Gexter, 82.

Borussiya (Mönxenqladbax) – Auqsburq 3:2

Qol: Kone, 30. Hofmann, 46. Bensebaini, 67 – Yaqo, 55. Finnboqason, 90+3.

Frayburq – Maynts 1:1

Qol: Petersen, 69 – Hak, 31.

Bayer – Ştutqart 4:2

Qol: Dyabi, 41. Adli, 52. Virts, 86. Şik, 90 – Tomas, 49; 88.

13 fevral

Union Berlin – Borussiya (Dortmund) 0:3

Qol: Roys, 18; 25. R.Gerreyro, 71.

Hoffenhaym – Arminiya 2:0

Qol: Hubner, 22. Rutter, 51.

Bütün xəbərlər Facebook səhifəmizdə