Seneqalda stadiona Sadio Manenin adı veriləcək

Seneqalda stadiona Sadio Manenin adı veriləcək

Seneqalda futbol stadionuna ölkənin milli komandasının və "Liverpul"un üzvü Sadio Manenin adı veriləcək.
SİA xəbər verir ki, bunu Seneqalın Sediu şəhərinin meri Abdulay Diop açıqlayıb. O bildirib ki, Manenin doğma şəhərində inşa olunan yeni arena futbolçunun adını daşıyacaq. Bu stadionun açılışı 2023-cü ildə olacaq.

Qeyd edək ki, Seneqal millisi ötən həftə tarixində ilk dəfə Afrika çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə