Badminton üzrə milli komandamızın üzvləri İran İslam Respublikasının Şiraz şəhərində keçirilən “30th Iran Fajr International Challenge 2022” turnirində çıxışını başa vurub.
Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo turnirin 1/4 finalına kimi irəliləməyi bacarıb. 1/32 və 1/16 finalda yerli badmintonçulara qalib gələn Edi ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Georgi Karpovu (Rusiya) hər iki setdə üstələməyi bacarıb – 22-20, 21-10. Badmintonçumuz bürünc medal uğrunda keçirilən görüşdə Bernardo Atilanoya (Portuqaliya) 0:2 (19-21,16-21) hesabı ilə uduzub.
İlk görüşündə iranlı Sorouş Freydouniyə 2:0 (21-11,21-12) qalib gələn Orxan Qələndərov 1/16 finalda hindistanlı Yeligar Abhişekə 0:2 (10-21,14-21) hesabı ilə məğlub olub. Ezmi Qovimuramadhoni isə ilk görüşündə iranlı Səid Babayaniyə 1:2 (20-22,15-21,22-20) hesabı ilə uduzub.
Qadın badmintonçuların şəxsi yarışında Era Maftuha 1/4 finalda mübarizəni dayandırıb. 1/32 finalda rəqibi korta çıxmadığından birbaşa 1/16 finala yüksələn Era burada Məryəm Soltanini (İran) mübarizədən kənarlaşdırıb - 2:0 (21-19,21-14). Badmintonçumuz növbəti görüşündə hindistanlı Neeluri Preranadan üstün olub – 2:0 (21-13,21-13). Era bürünc medal uğrunda keçirilən görüşdə Medha Şaşidharana (Hindistan) 0:2 (16-21,13-21) hesabı ilə uduzub.
Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi 1/8 finalda Məcid Fauzan-Ranialdu Mahardika (İndoneziya) qoşasına 1:2 (16-21,21-16,15-21) hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB