65 nömrəli marşrutda hərəkət edən avtobusunda tüstülənmə olub.
SİA-nın əldə etdiyi məlumata görə, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hadisə Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, "Faiqoğlu MMC"-ə məxsus 10 TH 305 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsində tüstülənmə olub. Sürücüsü dərhal yanğınsöndürən balonla hadisənin qarşısını alıb. Avtobusda olan sərnişinlər təxliyə olunub, xəsarət alan yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB