Xavi istədi, "Barselona" ala bilmədi

Xavi istədi, "Barselona" ala bilmədi

"Barselona"nın baş məşqçisi Xavi qış transfer pəncərəsində "Milan"ın müdafiəçisi Teo Hernandes ilə müqavilə imzalanmasını istəyib.

SİA xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb Bildirilib ki, klub rəhbərliyi ispan mütəxəssisin ideyasını dəstəkləyib. Lakin "Milan" oyunçu üçün ən azı 50 milyon avro tələb edib. Bu məbləği ödəməyə isə Kataloniya təmsilçisinin imkanı olmayıb. Futbolçunun isə özü Kataloniya klubundan 10 milyon avro almaq istəyib.

Qeyd edək ki, T.Hernandes "Milan"la 5 illik yeni müqavilə imzalamaqla bağlı razılığa gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə