Azərbaycandan Açıq Avropa turnirində kim iştirak edəcək?

Azərbaycandan Açıq Avropa turnirində kim iştirak edəcək?

İdmançılarımız Sarayevo Açıq Avropa 2022 turnirində iştirak edəcəklər. SİA-nın verdiyi məlumata görə, 12-13 fevral 2022-ci il tarixlərində Bosniya və Herseqovina dövlətinin Sarayevo şəhərində keçiriləcək Açıq Avropa turnirində dünyanın 26 ölkəsindən 331 (197 kişi, 134 qadın) idmançı qatılacaq.

Ölkəmizi turnirdə məşqçilər Mehman Əzizovun və Elxan Rəcəblinin rəhbərlik etdiyi kişilərdən ibarət Milli yığma komanda təmsil edəcək.
Komandanın üzvləri:

-60 kq.
Samir Piriyev
Turan Bayramov

-66 kq.
Ruslan Paşayev
Vaqif Tarverdiyev

-73 kq.
Qədir Hüseynov
Məmmədrza Hacızadə

-81 kq.
Məhərrəm İmamverdiyev
Kərim Allahverdiyev
Ömər Rəcəbli

-90 kq.
Əjdər Bağırov

-100 kq.
Ruslan Nəsirli
Sabir İsayev

Qadınlardan ibarət Milli yığma komandaya isə məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək. Komandanın üzvləri:

-48 kq.
Ramilə Əliyeva
Könül Əliyeva

-52 kq.
Ülviyyə Bayramova
Zeynəb Məmmədova

-63 kq.
Aytac Qardaşxanlı

-70 kq.
Günel Həsənli

İdmançılarımıza uğurlar arzu edirik!

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə