"Liverpul" "Lester"i məğlub etdi

İngiltərə Premyer Liqasında 24-cü turun "Liverpul" - "Lester" matçı keçirilib.

SİA xəbər verir ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 34 və 87-ci dəqiqədə Dioqo Jota vurub.

Qeyd edək ki, "Liverpul" 51 xalla 2-ci, "Lester" 26 xalla 12-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 60 xalla "Mançester Siti" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə