Simeonenin oğlu ilə yeni müqavilə

Simeonenin oğlu ilə yeni müqavilə

"Atletiko" futbolçusu Culiano Simeone ilə yeni müqavilə imzalayıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, 19 yaşlı oyunçu ilə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, Culiano Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin oğludur. O, 2020-ci ildə yenidən İspaniyaya köçüb, lakin hələ "Atletiko"nun əsas komandasında debüt etməyib.

Madrid klubu hazırda 36 xalla İspaniya çempionatının cədvəlində 5-ci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə