"Zirə" klubu heyətini nigeriyalı futbolçu ilə gücləndirib

"Zirə" klubu heyətini nigeriyalı futbolçu ilə gücləndirib

Bakının "Zirə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Ahmed Ayzaya ilə 1,5 illik müqavilə imzalayıb. Sözləşmənin müddəti sonradan daha bir il uzadıla bilər. Nigeriyalı yarımmüdafiəçi paytaxt təmsilçisinə azad agent kimi keçib.

Qeyd edək ki, 27 yaşlı oyunçu daha əvvəl Portuqaliyanın "Ribeyrao", "Oliveyrense", “Vilaverdense”, “Jil Visente”, “Varzim” və "Kovilya" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə