"Mançester Yunayted" Ronaldonun 11 yaşlı oğlu ilə müqavilə imzalayıb

"Mançester Yunayted" Ronaldonun 11 yaşlı oğlu ilə müqavilə imzalayıb

İngiltərənin "Mançester Yunayted" klubu əsas komandanın hücumçusu Kriştiano Ronaldonun 11 yaşlı oğlu ilə müqavilə imzalayıb.

SİA-nın məlumatına görə, bu barədə "Sportbible" öz "Twitter" səhifəsində xəbər verib.

Xatırladaq ki, İngiltərə çempionatının 24-cü turunun matçında "Mançester Yunayted" "Bernli" ilə heç-heçə edib(1:1). K.Ronaldo matça ehtiyat oyunçular skamyasında başlayıb və 68-ci dəqiqədə meydana daxil olub. Bu görüşdə portuqaliyalı fərqlənə bilməyib.

K.Ronaldo ardıcıl 5 matçdır ki, qol vura bilmir. Son dəfə o 2010-cu ildə "Real"da (Madrid) çıxış edən zaman 5 oyun qol vura bilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə