Azərbaycanın fiqurlu konkisürmə təmsilçisi finalda - FOTO

Azərbaycanın fiqurlu konkisürmə təmsilçisi finalda - FOTO

Fevralın 10-da “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürmədə təmsil edən Vladimir Litvintsev final mərhələsində çıxış edib. SİA-nın verdiyi məlumata görə, Vladimir Litvintsev sərbəst proqramda 155,04 xal toplayıb və yarışın ümumi nəticəsinə əsasən 239,19 xalla 18-ci pillədə qərar tutub.

Qeyd edək ki, 21 yaşlı idmançımız Fevralın 8-də keçirilən qısa proqram üzrə çıxışı zamanı 30 idmançı arasında 84,15 xal toplayaraq 18-ci pillədə qərarlaşmışdı.

“ Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürmədə təmsil edən daha bir idmançımız Yekaterina Ryabova isə fevralın 15-də ilk çıxışını edəcək.

Federasiyamız adından idmançımıza uğurlar arzu edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə