Klublararası dünya çempionatında ikinci finalçı bilindi

Klublararası dünya çempionatında ikinci finalçı bilindi

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında ikinci finalçı müəyyənləşib.

SİA xəbər verir ki, "Çelsi" yarımfinalda Səudiyyə Ərəbistanının "Əl-Hilal"ına 1:0 hesabı ilə qalib gələrək finala adını yazdırıb. Yeganə qolu 32-ci dəqiqədə Romelu Lukaku vurub.

Beləliklə, London təmsilçisi finalda Braziliya "Palmeyras"ına rəqib olub.

3-cü yer uğrunda matçda isə "Əl-Hilal" və "Misirin "Əl-Əhli" klubları üz-üzə gələcəklər. Hər iki görüş fevralın 12-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə