Benzema PSJ-yə qarşı oynayacaq?

"Real"ın hücumçusu Kərim Benzema zədə səbəbindən Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə ilk oyunu buraxa bilər .

SİA xəbər verir ki, fransalı futbolçu hələ də fərdi qaydada məşq edir. O, meydanda topla işləyir, lakin hələ də optimal vəziyyətdən uzaqdır.

Madrid təmsilçisi Kərimi fevralın 12-də "Vilyarreal"a qarşı görüşdə bir neçə dəqiqə oynatmağı planlaşdırırdı, lakin indi bu, demək olar ki, mümkün deyil. 34 yaşlı oyunçunun PSJ ilə oyuna qədər sağalması ehtimalı azdır.

Qeyd edək ki, PSJ - "Real" matçı fevralın 15-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə