Azərbaycanda yaxşı boks infrastrukturu mövcuddur

Azərbaycanda yaxşı boks infrastrukturu mövcuddur

"Qarşıdakı hədəfləri bir neçə istiqamətə bölmək olar. Qısa müddətli cari ildəki yarışlarda Azərbaycana medallar qazandırmaq istəyirik". SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev deyib.

Onun sözlərinə görə, orta müddətli hədəfə gəlincə, Paris olimpiadasına çox vaxtımız yoxdur: "Burada da hədəf medallar gətirməkdir. Uzunmüddətli hədəflər isə yeni gənc boksçu nəslinin yetişdirilməsidir. Bunun üçün seleksiyalar həyata keçirilməli, yeni gənc hakim nəslin üzə çıxmasına çalışmalıdır. Bu hədəflərin altında da çoxsaylı planlar olacaq. Azərbaycanda yaxşı boks infrastrukturu mövcuddur. Amma əhali arasında potensialı nəzərə alaraq, bu infrastrukturu genişləndirməliyik. Beynəlxalq arenada da əlaqələri genişləndirmək lazımdır".

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə