Kankisürmə üzrə təmsilçimiz Viladimir Litvintsevin 1-ci proqramı bitib
Bu gün Pekində ilk yarışına çıxan idmançımız Vladimir Litvintsev 1-cı qısa proqramını bitirib. SİA-nın verdiyi məlumata görə, o, 84,15 bal toplayaraq 18-ci yerə çıxıb və final-a vəsiqə qazanıb.
Növbəti dəfə fevralın 10-da kişi fiqurlu konkisürənlərin sərbəst proqramında çıxış edəcək Litvintsev bu günkü çıxışından razı qaldığını bildirib. “Sübh tezdən başlayan məşqlərimiz çox çətin olur, ona görə də ilk növbədə istirahət edəcəm ki, fevralın 10-dakı yarışda da proqramı düzgün yerinə yetirim” deyə Vladimir Litvintsev bildirib. Litvintsevlə yanaşı bu gün yarışa qatılan 30 iştirakçıdan 24-ü ifinala yüksəlib. Azərbaycan Olimpiya Komandasının digər üzvü, fiqurlu konkisürmədə qadınların yarışında çıxacaq Yekaterina Ryabova fevralın 12-də Pekinə yola düşəcək. Ryabovanın yarışı 15 və 17 fevral tarixində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB