Əsas vəzifəmi yerinə yetirdim

Minumum hədəf final mərhələsinə vəsiqə qazanmaq idi və əsas vəzifəni yerinə yetirdim. SİA-nın verdiyi məlumata görə, bunu Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxış edən Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev deyib.

21 yaşlı idmançı ilk dəfə çıxış etdiyi olimpiadada finala yüksəldiyini xatırladıb: "Buz üzərində sürüşən vaxt ümumilikdə təmiz proqram göstərdim. Əlbəttə buna şad idim".

Qeyd edək ki, Vladimir Litvintsev qısa proqramda 30 idmançı arasında 84,15 xalla 18-ci olub və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə