Azərbaycan Voleybol Federasiyası (AVF) voleybolçulara və voleybolsevərlərə müraciət edib. SİA-nın verdiyi məlumata görə, qurum koronavirus pandemiyası səbəbindən karantin qaydalarının davam etdiyini və qapalı məkanlarda keçirilən idman yarışlarında azarkeşlərin iştirakına icazə verilmədiyini xatırladıb.
"Bütün bunları və son günlərdə yoluxma hallarının artmasını nəzərə alaraq, sizdən daha diqqətli və anlayışlı olmağınızı xahiş edirik", - deyə AVF-nin müraciətində bildirilib.
Qeyd edək ki, Azərbaycan Super Liqası, Yüksək Liqa və I Liqanın oyunlarının keçirildiyi məkana yalnız həmin matç üçün adları protokolda olanların girişinə icazə verilir.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB