“Sent Etyen” və “Monako”dan inamlı qələbə

“Sent Etyen” və “Monako”dan inamlı qələbə

Futbol üzrə Fransa çempionatında 23-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.

“Sent Etyen” “Monpelye”ni qəbul edib və inamlı qələbəyə sevinib. Lion “Olimpik”i isə çətin “Monako” səfərindən xalsız dönüb.

Turun mərkəzi görüşündə “Lill” doğma meydanda PSJ ilə üz-üzə gələcək.

Fransa Liqa 1

23-cü tur

4 fevral

Olimpik (Marsel) – Anje 5:2

Qol: Milik, 18; 70; 78. Jerson, 21. C.Ündər, 85 – Fulgini, 8. Bentaleb, 11.

5 fevral

Sent Etyen – Monpelye 3:1

Qol: Hamuma, 82. Nordin, 90. Xazri, 90+2 – Vahi, 11.

Monako – Olimpik (Lion) 2:0

Qol: Lukas, 2. Ben Yedder, 27.

6 fevral

16:00. Loryan – Lans

18:00. Nitsa – Klermon

18:00. Reyms – Bordo

18:00. Strasburq – Nant

18:00. Trua – Mets

20:00. Renn – Brest

23:45. Lill – PSJ

Bütün xəbərlər Facebook səhifəmizdə