“Bayern” “Leypsiq”ə qalib gəldi

“Bayern” “Leypsiq”ə qalib gəldi

Futbol üzrə Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

“Arminiya” doğma meydanda Mönxenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Auqsburq” “Union Berlin”i, “Köln” “Frayburq”u, “Maynts” isə “Hoffenhaym”ı məğlub yola salıb. Beş qolun qeydə alındığı “Ştutqart” – “Ayntraxt” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi matçında lider “Bayern” “Leypsiq”lə qarşılaşıb. Bu oyunda da qapılara beş qol vurulub və sonda Münhen təmsilçisi qələbə qazanıb.

Dortmund “Borussiya”sı “Bayer”lə, “Volfsburq” isə “Qroyter”lə üz-üzə gələcək.

Almaniya Bundesliqası

21-ci tur

4 fevral

Herta – Bohum 1:1

Qol: Belfodil, 23 – Polter, 48.

5 fevral

Arminiya – Borussiya (Mönxenqladbax) 1:1

Qol: Serra, 19 – Plea, 38.

Auqsburq – Union Berlin 2:0

Qol: Qreqoritş, 16. Han, 59.

Köln – Frayburq 1:0

Qol: Modeste, 23.

Maynts – Hoffenhaym 2:0

Qol: Sunq, 79. Nyakate, 83.

Ştutqart – Ayntraxt 2:3

Qol: Anton, 42. Kaladziç, 70 – Ndikko, 7. Hrustiç, 47; 77.

Bayern – Leypsiq 3:2

Qol: Müller, 12. Levandovski, 44. Qvardiol, 58-öz qapısına – A.Silva, 27. Nkunku, 53.

6 fevral

18:30. Borussiya (Dortmund) – Bayer

20:30. Volfsburq – Qroyter

Bütün xəbərlər Facebook səhifəmizdə