Çində Qış Olimpiya oyunları başlayıb

Çinin paytaxtı Pekində 24-cü Qış Olimpiya oyunlarına start verilib. SİA-nın verdiyi xəbərə əsasən, oyunlar “hamımızın gələcəyi naminə birlikdə” devizi altında keçirilir. Covid-19-a yoluxmanın qarşısını almaq üçün çox ciddi tədbirlər görülüb. Eyni zamanda qeyd etmək istərdik ki, Pekin yeganə şəhərdir ki, burada həm yay,həm də, qış olimpiya oyunları təşkil olunub.

Pekində 15 idman növünü birləşdirən BOK təsnifatına uyğun olaraq 7 idman növü üzrə 109 dəst mükafat oynanılacaq. Oyunlar üç klasterdə keçiriləcək: Pekin, onun Yantsin ətrafı və Çjantzsyakou şəhər dairəsində.

2022-ci il Qış Oyunları üçün Olimpiya məşəli Pekindəki Milli Stadionda alovlandırılıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə