AÜF-ün rəhbər heyəti LEN-in seçki-hesabat konfransında iştirak edir
Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) rəhbər heyəti Avropa Üzgüçülük Federasiyasının (LEN) seçki-hesabat konfransında iştirak edir. AÜF-dən SİA-ya bildiriblər ki, konfransin gündəliyində olan əsas məsələ büronun hesabatının dinlənilməsi, yeni tərkibdə seçilməsidir. Almaniyanın Frankfurt şəhərində təşkil olunan tədbirdə AÜF-nin vitse-prezidentləri Elçin Həsənov və Mark Koqanov, baş katib Fərid Bənəyarlı iştirak edirlər.
Konfransda LEN-in prezidenti Paulo Barelli çıxış edib və nitqinin sonunda öz vəzifəsindən istefa verdiyini elan edib. Bundan sonra yeni prezident seçkiləri keçirilib və portuqaliyalı Antonio Silva LEN-in yeni prezidenti seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB