“Herta”dan “Bohum”la heç-heçə

“Herta”dan “Bohum”la heç-heçə

Futbol üzrə Almaniya Bundesliqasında 21-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Herta” doğma meydanda “Bohum”la qarşılaşıb. Komandalar bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Lider “Bayern” bu turdə “Leypsiq”in müqavimətini qırmağa çalışacaq. Dortmund “Borussiya”sı “Bayer”lə, “Volfsburq” isə “Qroyter”lə üz-üzə gələcək.

Almaniya Bundesliqası

21-ci tur

4 fevral

Herta – Bohum 1:1

Qol: Belfodil, 23 – Polter, 48.

5 fevral

18:30. Arminiya – Borussiya (Mönxenqladbax)

18:30. Auqsburq – Union Berlin

18:30. Köln – Frayburq

18:30. Maynts – Hoffenhaym

18:30. Ştutqart – Ayntraxt

21:30. Bayern – Leyptsiq

6 fevral

18:30. Borussiya (Dortmund) – Bayer

20:30. Volfsburq – Qroyter

Bütün xəbərlər Facebook səhifəmizdə