İspaniya kubokunda yarımfinalın püşkü atıldı

İspaniya kubokunda yarımfinalın püşkü atıldı

İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

SİA xəbər verir ki, finala vəsiqə uğrunda “Valensiya”, “Atletik”, “Rayo Valyekano” və “Betis” klubları mübarizə aparacaq.

Püşkə əsasən, “Valensiya” yarımfinalda “Atletik”lə üz-üzə gələcək. “Rayo Valyekano” isə “Betis”lə qarşılaşacaq.

İspaniya kubokunda yarımfinal görüşləri əvvəlki mərhələlərdən fərqli olaraq, ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 9-10 fevralda, cavab görüşləri isə 2-3 matda baş tutacaq.

İspaniya kuboku, yarımfinal

"Valensiya" – "Atletik"
"Rayo Valyekano" – "Betis"

Bütün xəbərlər Facebook səhifəmizdə