Kərim Benzema PSJ-yə qarşı oynayacaq?

Kərim Benzema PSJ-yə qarşı oynayacaq?

"Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasında PSJ-yə qarşı keçiriləcək 1/8 final mərhələsinin ilk matçını buraxa bilər.

SİA xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti açıqlama verib. O, PSJ ilə ilk oyunda Benzemanı riskə atmayacaqlarını deyib:

“Benzema ilə bağlı PSJ-ylə ilk matçda risk etmək istəmirik. Hələ ilk oyundur, final deyil. Zədələrini yeniləmək istəmirik. Qarşıda vaxt var. Hər şey ola bilər. Amma ilkin düşüncəmiz onu riskə atmamaqdır”.

“Real” PSJ-yə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu fevralın 15-də, Fransada keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə