Dibala 6 kluba təklif olundu

"Yuventus"un hücumçusu Paulo Dibala bir sıra Premyer Liqa klublarına təklif olunub.

SİA xəbər verir ki, bu barədə 90min məlumat yayıb. Bildirilib ki, bu klublar siyahısına “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Çelsi”, “Tottenhem” və “Liverpul” daxildir.

Qeyd edək ki, argentinalı oyunçunun klubu ilə müqaviləsi bu yay başa çatır. O, bu mövsüm 23 matçda 11 qol vurub və 4 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə