"Barselona" Dani Alveşi sifariş etmədi

"Barselona" Dani Alveşi sifariş etmədi

"Barselona" Avropa Liqasının pley-off oyunda "Napoli" ilə oyular üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, siyahıda yen transferlər də yer alıb. Ancaq onların arasında Dani Alvesin adı yoxdur.

Digər yeni oyunçular Ferran Torres, Adama Traore və Pyer-Emerik Obameyanqı isə sifraiş ərizəsinə daxil edilib.

Qeyd edək ki, "Barselona" və "Napoli" arasında ilk oyun fevralın 17-də İspaniyada, cavab matçı isə fevralın 24-də İtaliyada olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə