Gənclər həyatın müxtəlif sahələrində öz sözlərini deməyi bacarırlar - NAZİR

Gənclər həyatın müxtəlif sahələrində öz sözlərini deməyi bacarırlar - NAZİR

"Azərbaycan gəncləri çox fəaldırlar və həyatın müxtəlif sahələrində öz sözlərini deməyi bacarırlar". SİA xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov fevralın 2-də keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Forumda deyib.

Nazir bildirib ki, Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Onun sözlərinə görə, Gənclər üçün Prezident mükafatının təsis edilməsi dövlətimizin gənclərə ən yüksək dəyər və dəstəyinin parlaq bir nümunəsidir.
Hər il müxtəlif sahələrdə fərqlənən uğurlu gənclərin Prezident mükafatı ilə təltif edildiyini diqqətə çatdıran Fərid Qayıbov deyib: “Biz bu gün Gənclər Gününün təsis olunmasının 25 illiyini qeyd edirik. Bu həftə gənclər həftəsi elan edilmişdi. Bununla bağlı müxtəlif tədbirlər keçirdik.

Azərbaycanın müxtəlif regionlarından olan və fərqli sahələri təmsil edən gənclər bu tədbirdə iştirak edirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə