"Marsel"dən qələbə

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" Liqa 1-də növbəti oyununa çıxıb.

SİA xəbər verir ki, komanda 14-cü turun təxirə salınmış görüşündə "Lion"la üz-üzə gəlib. "Marsel" rəqibini minimal hesabla məğlub edib - 1:0.

Qeyd edək ki, "Marsel" hazırda turnir cədvəlində 43 xalla 22-ci, "Lion" isə 31 xalla 11-cidir.

"Lion" - "Marsel" - 0:1

Qol: Gunduzi, 10

Bütün xəbərlər Facebook səhifəmizdə