"Atletiko" yeni müdafiəçi aldı

“Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA xəbər verir ki, Madrid təmsilçisi “Lill”dən Reynildo Mandavanı transfer edib. Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Qeyd edək ki, Reynildo Mandava 2019-cu ildən “Lill”də forma geyinirdi. Mozambik millisinin də üzvü olan sol cinah müdafiəçisi, bu mövsüm Fransada 27 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə