"Mançester Siti" hücumçu aldı

"Mançester Siti" "River Pleyt"dən Xulian Alvaresin transferini rəsmiləşdirib.

SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 5 il yarım müddəti olan müqavilə imzalayıb.

"Şəhərlilər" Xulian üçün bonuslar da daxil olmaqla 18,5 milyon avro ödəyib.

Qeyd edək ki, Alvares bu mövsüm 20 matçda 18 qol vurub və 6 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə