"Mançester Yunayted" "Barselona"nın futbolçusu Usman Dembeleni transfer etmək fikrindən daşınıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, "qırmızı şeytanalar"ın rəhbərliyi belə qərara gəlib. Əvvəlcə, klub 24 yaşlı hücumçunu sıralarına cəlb etmək istəsə də, daha sonra onun komandaya yararsız olacağını düşünüb.
Daha əvvəl isə PSJ Dembeleni almaqdan imtina etmişdi.
Qeyd edək ki, Dembele İspaniya klubu ilə müqaviləni uzatmaq istəmədiyi üçün klub rəhbərliyi onu satmaq niyyətindədir.
Xatırladaq ki, Usman bu mövsüm La liqada 6 oyunda 1 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB