Millimiz Qran-prini 1 medalla bitirdi

Millimiz Qran-prini 1 medalla bitirdi

Azərbaycan cüdo millisi Portuqaliya Qran-prisindəki çıxışlarını başa vurub.

SİA xəbər verir ki, bu gün Adil Kərimli bürünc medal görüşünə çıxıb. 100 kq çəki dərəcəsində rəqib ABŞ təmsilçisi III Smit olub. Kərimli qarşılaşmadan məğlub ayrılaraq, 5-ci yeri tutub.

Beləliklə, Azərbaycan yığması Qran-prini 1 gümüş medalla başa vurub. Həmin medalı Balabəy Ağayev (60 lq) qazanıb. Uşangi Kokauri isə 7-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə