Sablya üzrə qadınlardan ibarət komandamız dünya kubokunun finalına yüksəlib. Azərbaycan Qılıncoynatma Federasiyasından SİA-ya bildiriblər ki, Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında finala yüksəlib.
Komandamız yarımfinalda Bolqarıstan millisini 45:32 hesabı ilə məğlub edib.
Qılıncoynadanlarımız finalda Fransa seçmə kollektivi ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB