Şəhriyar Məmmədyarov “Tata Steel Masters” turnirində ikinci yeri tutub
Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirində Şəhriyar Məmmədyarov ikinci yeri tutub. SİA xəbər verir ki, Azərbaycan təmsilçisi 13-cü turda ABŞ şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib. Yekun nəticədə Ş.Məmmədyarov 8 xalla ikinci yeri tutub.
Turnirin qalibi 9,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olub.
Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB