İngiltərinin “Vulverhempton” klubunun hücumçusu Adama Traore “Barselona”ya keçəcək.

SİA xarici mətbuata istinadən xəbər verir ki, italiyalı jurnalist Fabritsio Romano bu barədə öz “Twitter” səhifəsində yazıb.

Məlumata görə, “Kataloniya” klubu futbolçunu transfer etmək imkanı ilə mövsümün sonuna qədər icarə əsasında alacaq.

Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyuna çıxıb və 1 qol vurub.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə