"Milan" yeni hücumçu aldı

"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.

SİA xəbər verir ki, "qırmızı-qaralar" Serbiya "Srvena Zvezda"sından Marko Lazetiçi transfer edib.

18 yaşlı hücumçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Marko Lazetiç "Srvena Zvezda"nın yetirməsidir. Gənc forvard bu mövsümdə Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 21 oyunda 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə