Qazaxıstan millisi ilk qələbəsini qazanıb

Yanvarın 24-də Niderlandda futzal üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci turun növbəti oyunları keçirilib.

SIA xəbər verir ki, B qrupu çərçivəsində iki oyun təşkil olunub.

Günün ilk matçında İtaliya və Sloveniya milli komandaları üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib - 2:2.

Digər oyunda isə Finlandiya millisi Qazaxıstan seçməsi ilə qarşılaşıb. Matçda qazaxıstanlı futzalçılar 6:2 hesablı qələbə qazanıblar.

İlk turda Qazaxıstan millisi Sloveniya ilə 4:4, ikiqat Avropa çempionu İtaliya yığması isə Finlandiya ilə 3:3 hesablı heç-heçə edib.

Hər iki matç Qroningen şəhərindəki "Martini Plaza"da keçirilib.

Qeyd edək ki, D qrupunda mübarizə aparan Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. Seçməmiz növbəti görüşünü yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə