“Yuventus”la “Milan”dan heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 23-cü tura yekun vurulub. SİA xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.

“Torino” - “Sassuolo” matçında qalib müəyyənləşməyib. Səfərdə “Kalyari” ilə qarşılaşan “Fiorentina” da xal itkisi ilə üzləşib. “Spetsiya” “Sampdoriya”nı minimal hesabla üstələyib.

“Napoli” bu turda “Salernitana” ilə qarşılaşıb və darmadağına sevinib. “Roma” isə “Empoli” səfərinə yollanıb. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşü Milanda keçirilib. “Yuventus” burada “Milan”la qarşılaşıb. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyiblər.

İtaliya A Seriyası

23-cü tur

21 yanvar

Verona – Bolonya 2:1

Qol: Kaprari, 38. Kaliniç, 85 – Orsolini, 14.

22 yanvar

Cenoa – Udineze 0:0

İnter – Venetsiya 2:1

Qol: Barella, 40. Dzeko, 90 – Henri, 19.

Latsio – Atalanta 0:0

23 yanvar

Kalyari – Fiorentina 1:1

Qol: J.Pedro, 47. Sottil, 75.

Napoli – Salernitana 4:1

Qol: J.Jezus, 17. Mertens, 45+4. Rahmani, 47. İnsinye, 53 – Bonatsoli, 33.

Spetsiya – Sampdoriya 1:0

Qol: Verde, 69.

Torino – Sassuolo 1:1

Qol: Sanabriya, 16 – Raspadori, 85.

Empoli – Roma 2:4

Qol: Pinamonti, 55. Bayrami, 72 – Abraham, 24; 33. S.Oliveyra, 35. Zaniolo, 37.

Milan – Yuventus 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...