“Mbappenin “Real”a keçməsi mümkün deyil”

“Mbappenin “Real”a keçməsi mümkün deyil”

Madrid “Real”ının və Kamerun millisinin keçmiş yarımmüdafiəçisi Ceremi Njitap PSJ-nin hücumçusu Kilian Mbappenin “kral klubu”na mümkün keçidi barədə danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Mənim fikrimcə, bu mümkün deyil. Mbappenin dediklərini xatırlayıram: dünyanın ən yaxşı futbolçusu ilə oynamaq istəyirəm. Əgər PSJ-nin heyətinə baxsaq, görərik hər şey elə onun istədiyi kimidir. İnanmıram ki, dünyanın ən yaxşı futbolçuları ilə oynadığı bir vaxtda Mbappe harasa getsin”, - deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə