Azərbaycan millisinin iki futzalçısında koronavirus aşkarlanıb

Yanvarın 21-də Avropa çempionatının final mərhələsinin oyun öncəsi məşqində iştirak üçün Azərbaycan millisinin üzvlərindən COVID-19 anticism analizləri götürülüb və komandanın iki üzvünün - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub. Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. SİA Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu gün testin nəticəsi açıqlanıb. Hər iki futzalçıda nəticə pozitiv olub. Futzalçılar hazırda qaldıqları oteldə karantinə alınıblar. Karantinin sonuncu günü yanvarın 27-sidir.

Qeyd edək ki, qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVID-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...