“Fənərbağça” yeni transfer istəyir

"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal sol cinah müdafiəçisinə ehtiyacı olan komandaya transfer istəyib. SİA xarici mətbuata istinadən bildirir ki, komandanın bu vəzifə üçün gündəmində olan şəxs Fransadandır.
Baş məşqçi İsmail Kartalın Spor Toto Super Liqaya gəlişi ilə 2 matçda 4 xal qazanan “Fənərbaxça”da transfer işlərinə start verilib.

Kartal rəhbərlikdən sol cinah müdafiəyə transfer istədiyini bildirib. "Fənərbaxça" sol cinah müdafiəçisi transferi üçün Fransa Liqa 1 komandası "Stad Reyms"də çıxış edən Ghislain Konanı transfer etmək istəyir.

26 yaşlı müdafiəçi bu mövsüm "Reyms"in heyətində 17 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə