“Xetafe”dən inamlı qələbə

Futbol üzrə İspaniya La Liqasında 21-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Xetafe” doğma meydanda “Qranada” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər.

Bu tur keçirilməli olan “Barselona” – “Rayo Valyekano”, “Malyorka” – “Real Sosyedad”, “Atletiko” – “Levante” matçları təxirə salınıb. “Atletik” – “Real” matçı isə komandaların Super Kubok matçına görə daha əvvəl baş tutmuşdu.

İspaniya La Liqası

21-ci tur

16 yanvar

Elçe – Vilyarreal 1:0

Qol: Boye, 78.

18 yanvar

Betis – Alaves 4:0

Qol: B.İqlesias, 11; 41. Kanales, 29. Xuanmi, 54.

Kadis – Espanyol 2:2

Qol: Neqredo, 55. Alexo, 90+1 – Morlanes, 10. De Tomas, 90+6.

19 yanvar

Selta – Osasuna 2:0

Qol: Mallo, 29. Mina, 38.

Valensiya – Sevilya 1:1

Qol: Qedeş, 44 – Diakabi, 7-öz qapısına.

20 yanvar

Xetafe – Qranada 4:2

Qol: S.Ramires, 10. E.Ünal, 47. Maksimoviç, 63. Mayoral, 87 – L.Suares, 13; 78.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...